Oxu.Az xəbər verir ki, V turun ilk oyun günündə beş qarşılaşma baş tutacaq.
"Eyüpspor" "Qalatasaray"ı, "Beşiktaş" "Başakşəhər"i, "Karagümrük" "Kasımpaşa"nı, "Samsunspor" "Antalyaspor"u, "Konyaspor" isə "Alanyaspor"u qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunları isə sentyabr ayının 14-də baş tutacaq. "Kayserispor" "Göztəpə" ilə, "Fənərbağça" "Trabzonspor" ilə, "Qaziantep" "Kocaelispor"la, "Rizespor" isə "Gənclərbirliyi" ilə üz-üzə gələcək.