Şadlıq saraylarında yoxlama aparılacaq – XƏBƏRDARLIQ

Bu gün, 12:26           
Şadlıq saraylarında yoxlama aparılacaq – XƏBƏRDARLIQ
Bakı, Sumqayıt və ölkənin digər bölgələrində fəaliyyət göstərən şadlıq saraylarından havaya buraxılan tüstü əhali arasında narazılığa səbəb olub.

Şikayətlərdə bildirilir ki, bu obyektlərdə filtr və təmizləyici qurğular ya işləmədiyindən, ya da vaxtında yenilənmədiyindən ətraf mühit ciddi şəkildə çirklənir.

Tribunainfo.az -ın məlumatına görə, yaxın günlərdə ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların ekoloji normativlərə uyğunluğunu yoxlamaq üçün monitorinqlərə başlanılacaq.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən iaşə obyektlərində və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.

Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən edilərək onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.

“Obyekt sahiblərinə əvvəlcədən xəbərdarlıq olunur ki, təmizləyici qurğularındakı texniki çatışmazlıqları aradan qaldırsınlar və filtrləri vaxtında yeniləsinlər”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova İTV-yə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru