Bir maskaya 30 qəpik verməyə əlimiz gəlmir, Hindistanda isə 6 min 577 manatlıq maska taxırlar

5-07-2020, 11:46           
Bir maskaya 30 qəpik verməyə əlimiz gəlmir,
Azərbaycanda milli sənayemizin inkişafı sayəsində 5 qəpikdən 30 qəpiyə bahalaşan tibbi maskalar bir çoxlarımızın narazılığına səbəb olduğu halda Hindistanda sözün həqiqi mənasında ziynət əşyasına çevrilib.

Ovqat.com-un məlumatına görə, hindistanlı bir adam taxdığı qızıl maska ilə dünyaya ün salıb.

Hindistan Pune bölgəsinin sakini Şankar Kuradın taxdığı qızıl maşkanın qiyməti isə nə qədər olsa yaxşıdır: 289 min pupi, bizim pulla 6 min 577 manat.



Maska istifadəçisinin sözlərinə görə, o qızıl maskada özünü xeyli rahat hiss edir: “Çünki nəfəs alma problemim yoxdur. Maskada xeyli incə deşiklər var və hava ordan rahatlıq keçə bilir”.

Bəs, bu deşiklərdən hava ilə yanaşı virus da keçirmi? Nə yazıq ki, bu sualın cavabını heç Şankar Kuradın özü də bilmir: “Qızıl maskanın tibbi baxımdan işə yarayıb-yaramayacağına əmin deyiləm”.

Şankar Kuradın qızıl maskası Hindistanda birmənalı qarşılanmayıb. “İndia Times” qəzeti qızıl maska sahibini koronavirusdan qorunmaq əvəzinə, öz var-dövlətini göstərməkdə ittiham edib.




Şankar Kuradın koronavirusla “məzələnməsinə” baxmayaraq, onun yaşadığı Hindistan Covid-19-un ən çox yayıldığı 4 ölkədən biridir. İndiyədək bu ölkədə 673 min 904 nəfərin koronavirusa yoluxduğu təsbit edilib. Onlardan 19 min 279-u həyatını itirib. Hindistanı 3-cü yerdəki Rusiyadan sadəcə 611 yoluxma faktı ayırır. Rusiyada gündə 6-7 min, Hindistanda isə 20 mindən artıq yeni koronavirus yoluxması faktının qeydə alındığını hesaba qatsaq, böyük ehtimalla bu gün onlar sıralamadakı yerlərini dəyişəcəklər. Yəni Hindistan 3-cü, Rusiya isə 4-cü koronavirus ölkəsi olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.