"Hizbullah" da Ayətullah Sistaninin təhqir olunmasına etiraz etdi

6-07-2020, 00:00           
"Hizbullah" da Ayətullah Sistaninin təhqir olunmasına etiraz etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatı nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistaninin Səudiyyə Ərəbistanı rejiminə yaxınlığı ilə tanınan "Şərqül Əsvət" qəzetində təhqir olunmasına münasibət bildirib.

Livanın "Hizbullah" hərəkatı bununla bağlı bəyanatla çıxış edib.

Bəyanatda vurğulanır ki, Ayətullah Seyid Əli Sistani İraq xalqının təhlükəsizliyi və birliyi üçün çox önəmli işlər görüb.

"Ayətullah Seyid Əli Sistaniyə qarşı işlədilən bütün ifadələri özümüzə aid edirik. Heç kim İraqın və dünyanın nüfuzlu din xadiminə hücum edə bilməz. Bu sadəcə İraqda və regionda fitnə yaratmaq üçün atılan addımdır", - deyə Ayətullah Seyid Əli Sistani diqqətə çatdırıb.

Bundan əlavə qeyd olunub ki, işlədilən hər bir ifadəyə görə qəzet rəhbərliyi cavab verməli olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.