Rusiya əcnəbiləri niyə ölkədən buraxmır? – Matvienko açıqladı

9-07-2020, 00:01           
Rusiya əcnəbiləri niyə ölkədən buraxmır? –
“Rusiya sərhədləri bağlı saxlamaqda maraqlı deyil və rusları qəbul etməyə hazır ölkələrlə sərhədləri açmaq üçün birlikdə işləməyə hazırdır, ancaq koronavirusla bağlı sanitar və epidemioloji vəziyyətə diqqət yetirmək vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu Federasiya Şurasının spikeri Valentina Matvienko söyləyib.

“Rusiya məhdudiyyət tətbiq etməkdə, insanları başqa ölkələrə buraxmamaqda, sərhədləri bağlı saxlamaqda maraqlı deyil. Bu, ikitərəfli münasibətlər və ölkələrin Rusiya vətəndaşlarını qəbul etməyə hazırlığı məsələsidir”, - Matvienko jurnalistlərə bildirib.

O, sərhədlərin bağlı qalmasının siyasi məsələ olmadığını deyib: “Bu, koronavirus səbəbiylə sanitariya və epidemioloji tələblər mövzusudur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru