Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər

13-07-2020, 05:11           
Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər
ABŞ Hərbi Dəniz Qüvvələrinin San-Dieqo (Kaliforniya) bazasında dayanan "Bonhomme Richard" gəmisindəki yanğın bir neçə gün davam edə bilər.

Bu barədə Trend-ə şəhər yanğın-xilasetmə xidmətinin başçısı Kolin Stouell deyib.

Onun sözlərinə görə, gəmi içəridən yanana qədər alovun "bir neçə gün" söndürə bilinməməsi ehtimalı var. K.Stouel yanğınla mübarizəyə katerlər və ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunduğunu bildirib.

O qeyd edib ki, yanğının hərbi gəmiyə və gəmidən katerlərin yüklənib düşürülməsi üçün nəzərdə tutulan stapel-göyərtədə başlanması təxmin edilir. "Bonhomme Richard" tipli gəmilər göyərtəsində helikopterlər, katerlər və zirehli texnika daşıya bilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.