“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu

7-08-2020, 18:16           
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibəsinin əks-sədası hələ də səngimək bilmir.

Ovqat.com xəbər verir ki, Dmitri Qordonun Rusiya ilə Belarusun birləşməsi qarşılığında Lukaşenkoya bu ittifaqın Dövlət Dumasının sədri vəzifəsinin təklif olunub-olunmadığı ilə maraqlanıb. Belarus liderin cavabı isə çox lakonik olub: "O (Putin-Ovqat.com) mənə elə bir təklif verməyib və hətta versə belə bunu qəbul etməzdim. Çünki mən kiminsə anbar müdiri ola bilmərəm".

Lukaşenko əlavə edib ki, Rusiya ilə "ən əlverişli şərtlər"lə birləşməyə özü razı olsa belə, Belarus xalqı bunu qəbul etməz. Onun fikrincə, bu cür inteqrasiya bəlkə 20-25 il əvvəl, SSRİ-nin dağılmasından dərhal sonra mümkün idi, indi isə yox.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.