Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb –Statistika

14-08-2020, 00:07           
Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb –Statistika
Rusiyanın dövlət qaz şirkəti olan “Gazprom” 2020-ci ilin birinci yarısında Avropaya 78,9 milyard kubmetr təbii qaz ixrac edib.

TASS xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18 faiz azdır.

Belə ki, Qərbi Avropaya qaz ixracatı göstərilən müddət ərzində 17 faiz azalaraq 60 milyard kubmetr, Türkiyəyə hətta 70 faiz azalaraq 4,7 milyard kubmetr, Mərkəzi Avropaya 15 faiz azalaraq 17,7 milyard kubmetr, MDB ölkələrinə də 15,8 faiz azalaraq 14,73 milyard kubmetr təşkil edib/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.