ABŞ BMT TŞ-də məğlub olduğunu etiraf etdi

15-08-2020, 10:56           
ABŞ BMT TŞ-də məğlub olduğunu etiraf etdi
“ABŞ İrana qarşı silah embarqosunun uzadılması cəhdi zamanı məğlubiyyətə uğradı”.

“Fox News”un məlumatına görə, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen deyib.

“Biz bu gün məğlubiyyətə uğradıq. Ancaq bu hələ son deyil”, - deyə müşavir bildirib.

O, həmçinin, bildirib ki, Almaniya, Fransa və Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ı dəstəkləməkdən imtinası onları məyus etsə də, təəccübləndirməyib.

Xatırladaq ki, avqustun 14-də BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah embarqosunun uzadılması ilə bağlı qətnaməsini dəstəkləməyib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.