Qafqaz İslam ordusu 5-ci diviziyanın komandiri, Bakı əməliyyatına bilavasitə rəhbərlik edən Mürsel paşa.

Bu gün, 17:04           
Qafqaz İslam ordusu 5-ci diviziyanın komandiri, Bakı əməliyyatına bilavasitə rəhbərlik edən Mürsel paşa.
1881-ci ildə Ərzurumda Qafqaz kökənli ailədə doğulub. 1898-də İstanbulda Mekteb-i Harbiyeye daxil oldu. 1901-ci ildə oranı bitirib dərhal Erkanıharp məktəbinə girdi, oradan da 1904-cü ildə yüzbaşı (kapitan) rütbəsində məzun oldu. 1910-1912-ci illərdə Almaniyada oxudu.
Birinci və İkinci Balkan savaşlarında, Birinci dünya müharibəsində iştirak etdi. Qafqaz cəbhəsində ruslara qarşı döyüşdü. Fərqləndiyinə görə bir neçə təltifə layiq görüldü.
1918-ci ilin yanvarında yarbay (polkovnik-leytenant) rütbəsində ikən 5-ci diviziyanın komandiri təyin olundu. Məhz bu diviziya ilə Azərbaycana gələrək Nuri paşa komandanlığındakı Qafqaz İslam ordusuna qoşuldu. Şamaxı döyüşündə xüsusilə fərqlənərək III dərəcə Məcidiyə ordeni ilə təltif edildi və albay (polkovnik) oldu.
Bakının azad edilməsindəki roluna görə “Altın Liyakat Madalyası” və fəxri mirliva (indi: tüğgeneral) rütbəsi verildi, beləcə “paşa” ünvanı qazandı. Mudros müqaviləsinin şərtlərinə görə Azərbaycandan çıxmalı oldu. İngilislər tərəfindən tutuldu və 7 ay Batumda, 5,5 ay Çanaqqalada həbsdə qaldı. Daha sonra Maltaya sürgün edildi, ilyarımdan çox burada saxlanıldı.
Azad edildikdən dərhal sonra Anadoluya keçərək Qurtuluş savaşına qatıldı. 1921-ci ilin noyabrında diviziya komandiri təyin olundu. Qərb cəbhəsində bir sıra döyüşlərdə fərqləndi. İzmirə daxil olan ilk paşa oldu.
Qurtuluş savaşından sonra 1938-ci ilə kimi hərbi xidmətini davam etdirdi. 1925-ci ildə Şeyx Said üsyanının yatırılmasında iştirak etdi.
1934-cü ildə “Soyad qanunu” çıxanda azad etdiyi Bakının şərəfinə Bakü soyadını götürdü.
1938-ci ildə tümgeneral rütbəsində təqaüdə çıxan Mürsel Bakü 1943-cü ildə Kocaelidən millət vəkili oldu. 1945-ci il sentyabrın 22-də ürək tutmasından 64 yaşında vəfat etdi. Hərbi ehtiramla İstanbul Zincirlikuyu məzarlığında dəfn edildi.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru