ABŞ-dakı meşə yanğınlarının tüstüsü Avropaya çatır

17-09-2020, 06:42           
ABŞ-dakı meşə yanğınlarının tüstüsü Avropaya çatır
ABŞ-ın qərbindəki meşə yanğınlarından gələn tüstü yalnız ölkənin şərq sahillərinə deyil, Avropanın şimalındakı bir sıra ölkələrə də çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə peyklərdən çəkilmiş şəkillərə əsasən alimlər bildirib.

CNN-in məlumatına görə, ölkədəki meşə yanğınlarının qurbanlarının sayı 36-ya yüksəlib. Ən çətin vəziyyət Oreqon, Kalifornia, Aydaho və Vaşinqton ştatlarındadır. Aydahoda yerləşən Milli İdarələrarası Yanğın Mərkəzi açıqlamasında 10 qərb ştatında 87 böyük ərazini əhatə edən meşə yanğını ocağının alovlanması bərədə məlumat yayıb. Yanğınların ümumi sahəsinin təxminən 1,9 milyon hektar olduğu bildirilir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.