Lavrov:“Genişmiqyaslı hərbi əməliyyatlardan narahatıq”

27-09-2020, 14:52           
Lavrov:“Genişmiqyaslı hərbi əməliyyatlardan narahatıq”
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.

Lavrov təmas xəttində davam edən genişmiqyaslı hərbi əməliyyatlarla, ölənlər və yaralılar haqqında daxil olan məlumatlarla bağlı narahatlığını ifadə edib.

Tezliklə atəşin dayandırılmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vəziyyətin sabitləşməsinə istiqamətlənən vasitəçi səylərinə davam edəcək.

Rusiya XİN-dən o da bildirilib ki, S. Lavrovun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışığına hazırlıq gedir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru