G20 liderləri sammitinin keçiriləcəyi tarix bəlli oldu

28-09-2020, 05:33           
G20 liderləri sammitinin keçiriləcəyi tarix bəlli oldu
"Böyük iyirmilik" (G20) ölkələri liderlərinin sammiti Səudiyyə Ərəbistanının sədrliyi ilə 21-22 noyabrda onlayn formatda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə G20-nin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.

Qeyd edilir ki, sammit Səudiyyə Ərəbistanının kralı Salman ben Adbel Əiz əl-Səudun sədrliyi ilə keçiriləcək. Məlumata görə, görüş koronavirus pandemiyası fonunda insanların həyatının müdafiəsinə, həmçinin iqtisadi artımın bərpasına və pandemiya zamanı aşkar edilmiş zəifliklərlə mübarizəyə həsr ediləcək.

Bundan əlavə, təşkilatda qeyd edilib ki, dərmanların, peyvəndlərin əldə olunmasına, paylanılmasına və diaqnostikanın istehsalına dəstək üçün 21 milyard ABŞ dolları ayrılıb. G20 zəif inkişaf etmiş ölkələr üçün borc ödənişlərini dayandırmaq üçün proqrama başlayıb və dünya iqtisadiyyatının qorunmasına 11 trilyon ABŞ dolları sərmayə qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru