Qəzaya uğrayan təyyarənin şturmanı qəzadan əvvəl qızı ilə yazışıb - FOTO

29-09-2020, 10:39           
Qəzaya uğrayan təyyarənin şturmanı qəzadan əvvəl qızı ilə yazışıb - FOTO
Xarkov vilayətində qəzaya uğrayan “An-26”nın şturmanı qəzadan əvvəl yeddi yaşlı qızı ilə telefonla yazışıb.

Bu barədə REN TV mərhumun həyat yoldaşına istinadən xəbər verir.

Qızı atasına onun üçün çox narahat olduğunu yazıb. Təyyarədə olan Aleksey Ostapenko son mesajında ​​“Narahat olma, hər şey yaxşıdır”, - deyə cavab verib.


Lakin sonra rabitə kəsilib.

Qadının sözlərinə görə, atasına son mesajları göndərəndə qızı sanki nəsə olacağını əvvəlcədən hiss etmişdi.

Qəza xəbəri çıxandan sonra qızı yenidən atasına ismarıc göndərib:

“Ata, sən sağsan. Burada bir təyyarə qəzaya uğrayıb...”



Xatırladaq ki, “An-26” hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Ukraynanın Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanadadır).

Bir kursant xilas olub.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.