Makron həddini aşdı – Fransada İslama qarşı savaş cəbhəsi açıldı

24-10-2020, 20:08           
Makron həddini aşdı – Fransada İslama qarşı savaş cəbhəsi açıldı
Fransada prezident səviyyəsində İslam dini əleyhinə aparılan kampaniya savaşa çevrilib.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Prezident Emmanuel Makronun İslam dini əleyhinə verdiyi açıqlamalar nazirləri də hərəkətə gətirib.

Artıq Fransadakı hökumət ofislərində əxlaq normalarına uyğun gəlməyən karikaturalar nümayiş olunur. İslam Peyğəmbəri Məhəmmədin təhqir edildiyi karikaturalar hökumət binalarında öz yerini tapıb.

Makronun açıqlamalarından sonra hərəkətə keçən rəsmilər dövlət idarələrində İslam əleyhinə təbliğata başlayıblar.

“Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları Monpelye və Tuluza şəhərlərindəki hökumət binalarında nümayiş olunur. Bu hərəkətləri səlahiyyətlilər “düşüncə azadlığı” ilə izah edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru