Kral ailəsi Şahzadə Harrinin xatirə kitabından narahatdır

22-09-2022, 11:44           
Kral ailəsi Şahzadə Harrinin xatirə kitabından narahatdır
Şahzadə Uilyam və qardaşı arasında müvəqqəti barışıq Harrinin xatirə kitabı dərc edilənə qədər davam edəcək.

Kral mənbələrindən verilən məlumata görə, Kraliça II Elizabetin dəfn mərasimində bir araya gəlmələrinə baxmayaraq Şahzadə Uilyam və Şahzadə Harrinin münasibətləri hələ də “tükdən asılıdır”.

İnsayderlər həmçinin iddia edirlər ki, qardaşlar arasında barışıq Harri öz xatirə kitabını dərc edənə qədər davam edəcək.

“Uilyam və Harri arasındakı barışıq müvəqqətidir. Havada hələ də ciddi inamsızlıq ruzigarı əsir və hələki dəyişiklik üçün heç bir səbəb yoxdur. Bütün kartlar masaya yatırılana qədər münasibətlərin bərpasına davam etməyin mənası yoxdur”, - deyə insayder bildirib.

Həmçinin qeyd edilib ki, Kral III Çarlz və Şahzadə Uilyam da daxil olmaqla kral ailəsinin yüksək rütbəli üzvləri Şahzadə Harrinin xatirə kitabının məzmunundan olduqca narahatdır.

Belə ki, Sasseks hersoqu kitabında uşaqlıq xatirələri, anası və valideynlərinin boşanması, həmçinin atası, qardaşı və ögey anası ilə münasibətlərini qələmə alacaq.

Mənbə: Gazeta.ru



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.