Mərakeş 18 illik fasilədən sonra İraqdakı səfirliyini yenidən açıb

29-01-2023, 12:24           
Mərakeş 18 illik fasilədən sonra İraqdakı səfirliyini yenidən açıb
Mərakeşin Bağdaddakı səfirliyi 18 illik fasilədən sonra şənbə günü yenidən açılıb. Mərasimdə krallığın və respublikanın xarici işlər nazirləri Nasser Burita və Fuad Hüseyn iştirak ediblər.

Şimali Afrika Krallığının Xarici İşlər Nazirliyinin rəhbəri iraqlı həmkarını “Mərakeşin İraqın birliyi və suverenliyinə dəstək verəcəyinə” əmin edib. Müşahidəçilərin fikrincə, Buritanın səfəri böyük əhəmiyyət kəsb edir və Mərakeş ilə İraq arasında münasibətlərdə yeni mərhələ açıb.

“Bu, Mərakeşin yeni İraqa etimadının mühüm əlamətidir”, - Mərakeş diplomatiyasının rəhbəri səfərindən və səfirliyin açılmasından danışarkən vurğulayıb.

Qeyd edək ki, Mərakeşin Bağdaddakı səfirliyi İraqda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar 2005-ci ildə bağlanıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru