İran hərbi obyektləri kimin vurduğunu açıqladı - RƏSMİ

2-02-2023, 12:05           
İran hərbi obyektləri kimin vurduğunu açıqladı - RƏSMİ
İran hərbi obyektləri kimin vurduğunu açıqladı
"İlkin araşdırmalarla müəyyən edilib ki, İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücuma görə İsrail məsuliyyət daşıyır".
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib.
“İlkin araşdırmanın nəticələri göstərir ki, sionist rejim (İsrail nəzərdə tutulur-red.) Müdafiə Nazirliyinin İsfahan şəhərindəki obyektinə edilən terror aktına görə məsuliyyət daşıyır. Bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur və pislənir”, - deyə İrəvaninin BMT baş katibi və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru