Yerevanda fövqəladə vəziyyət: müəmmalı partlayışlar baş verir

31-07-2016, 16:52           
Yerevanda fövqəladə vəziyyət: müəmmalı partlayışlar baş verir
Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkir. Bütün maşınlar, piyadalar yoxlanılır. Ən ciddi yoxlamalar metronun giriş-çıxışlarında müşahidə olunur.

Ələ keçirilmiş polis binasının (Post Patrul Xidməti) ətrafında vəziyyət gərgin olaraq qalır. Hərçənd, ərazidə zirehli texnikaların və polislərin sayı da azaldılıb. Erməni mənbələri məlumat yayır ki, yerli vaxtla saat 12 radələrindən etibarən PPX ərazisində ardıcıl partlayışlar baş verir. Lakin bunun səbəbi barədə məlumat yoxdur. (Azadlıq.info)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.