Kasparov: “Putin Suriyaya ona görə ordu yeridir ki…”

5-09-2015, 23:21           
Kasparov: “Putin Suriyaya ona görə ordu yeridir ki…”
Prezident Vladimir Putin İran rəhbərliyi ilə birlikdə Yaxın Şərqi xaosa sürükləmək istəyir. Axar.az xəbər verir ki, bu sözləri məşhur şahmatçı, İnsan Hüquqlarının Müdafiəsi Fondunun rəhbəri Harri Kasparov “Fox Business”ə müsahibəsində deyib. Onun sözlərinə görə, Putinin bunda məqsədi xaos yaratmaqla neftin qiymətini qaldırmağa nail olmaq və ölkəsini krizisdən çıxarmaqdır: “Biz məlumat almışıq ki, Rusiya hərbçiləri Suriyaya yeridilir. Əminəm ki, Rusiya ilə İran regionda vəziyyəti nəzarət altına almaq istəyirlər”. Şahmat üzrə keçmiş çempionun sözlərinə görə, Putinin bu şansı yox deyil. Kasparov həmçinin deyib ki, SSRİ-dən fərqli olaraq, indiki Rusiyanın dostu daha azdır. Amma indi Putin Qərbdən heç bir müqavimət görmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru