Rusiyanın təyyarəsi belə vuruldu (VİDEO)

23-09-2018, 16:44           
Rusiyanın təyyarəsi belə vuruldu (VİDEO)
Rusiya müdafiə nazirliyi İl-20 təyyarəsinin Suriyada vurulma anını əks etdirən 3D videonu yayıb.
Teref.az oxu.az-a istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov xronologiyanın radiolokasiya qurğularından əldə olunan məlumatlar əsasında tərtib edildiyini bildirib.
O qeyd edib ki, sentyabrın 17-də Rusiyanın İl-20 təyyarəsi İdlib bölgəsindəki vəziyyətə nəzarəti həyata keçirib. Eyni zamanda dörd F-16 qırıcısından ibarət qrup Suriyaya zərbə endirmək üçün İsraildən havaya qalxıb.
İsrail qırıcıları Suriyanın sənaye obyektlərinə zərbə endirdikdən sonra Rusiya təyyarəsi bazaya dönmək əmrini alıb. Lakin raketlə vurularaq dənizə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.