Putin Suriyanı neftə görə vurur - Belə deyirlər...

5-10-2015, 21:02           
Putin Suriyanı neftə görə vurur - Belə deyirlər...
Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsi neftin qiymətlərinin artması ilə nəticələnə bilər.

Bu barədə AzVision.az “The Telegraph”-a istinadən xəbər verir.

Qəzet yazır ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveyt tərəfindən neft qiymətlərinin aşağı salınması Rusiya iqtisadiyyatına neqativ təsir edir. Əgər bu tendensiya gələn il də qalsa, onda rusların “öz liderlərinə qarşı xeyli sayda sualı meydana çıxacaq”.

Nəşr vurğulayır ki, Suriyaya aviazərbələr endirmək Rusiyanın onu müflis olmaq həddinə çatdırmaq istəyən ABŞ-la yerlərini dəyişmək cəhdidir.

Suriyada hərbi kampaniya regionda gərginliyin artması ilə nəticələnir və Suriya müxalifətini dəstəkləyən Səudiyyə Ərəbistanı, onun tərəfdaşlarına maliyyə təzyiqi edir. Bu cür vəziyyət Səudiyyə Ərəbistanının neft hasilatının azaltmaqla nəticələnə bilər ki, bu da sonda neft qiymətlərini artıracaq.

Lakin “The Telegraph”-ın məqaləsində qeyd edib ki, gələcəkdə İran neft hasilatını qaldıra bilər. Əgər bu baş versə, neft qiymətləri düşəcək. Nəşrin fikrincə, bu Moskva və Ər-Riyaddakı hökumətlərin süqutu ilə nəticələnə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.