Vurğun Əyyubun səhhəti ilə bağlı SON DURUM - Həyat uğrunda MÜBARİZƏ APARIR

23-09-2019, 10:11           
Vurğun Əyyubun səhhəti ilə bağlı SON DURUM - Həyat uğrunda MÜBARİZƏ APARIR
Tanınmış alim, Xəzər Universitetinin department rəhbəri Vurğun Əyyubun səhhəti ağır olaraq qalır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat paylaşıb. O bildirib ki, V.Əyyubun səhhəti ağırlaşsa da, həyat uğrunda mübarizəsini davam etdirir.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bəzi tanınmış siyasətçilər də V.Əyyubun dünyasını dəyişdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri olub. Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

Bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən V.Əyyubun vəziyyəti ötən gündən ağırlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.