Mikayıl Cabbarovun Tarif Şurasının sədri kimi ilk işi bahalaşdırma olacaq? - Gözlənti

12-11-2019, 12:28           
Mikayıl Cabbarovun Tarif Şurasının sədri kimi ilk işi bahalaşdırma olacaq? - Gözlənti
Yeni il yaxınlaşdıqca ekspertlərdən müxtəlif proqnozlar gəlir. Proqnozların çoxu qiymət artımı ilə bağlıdır. Xüsusən, ictimai nəqliyyat xərclərinin artacağı, sərnişindaşıma tariflərinin dəyişəcəyi fikirləri irəli sürülür.

Məsələn, iqtisadçı-alim Qubad İbadoğlu ehtimal edir ki, gələn il Bakı Metropolitenində gedişhaqları arta bilər. Ekspertlər səbəbi belə izah edir: “Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumat açıqlayıb. 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir. Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması, böyük ehtimalla, metroda gedişhaqlarının artırılmasına hesablanmış dəyişiklikdir”.

İqtisadçı-ekspert Qadir İbrahimli isə AYNA-ya şərhində bildirib ki, subsidiyanın azaldılmasını, sadəcə qiymət artımı olacağı ilə əlaqələndirmək olmaz: “Metroda gedişhaqlarının artacağını əminliklə söyləmək olmaz. Məsələn, xərclərin optimallaşdırılması da baş verə bilər. Əslində, həmkarımın qeyd etdiyi azaldılan məbləğ çox da böyük sayılmır. Hesab etmirəm ki, qiymət artımı baş verə bilər”.

““Bakı Metropoliteni” QSC-nin son açıqlamasına görə, bir sərnişinin daşınma xərci 55 qəpik göstərilir. Yəni 25 qəpik dotasiya hesabına həll olunur. Qiymət artımının tərəfdarı deyiləm. Sosial vəziyyətin hazırda yaxşı olmadığını və metrodan əhalinin aztəminatlı hissəsinin istifadə etdiyini nəzərə alsaq, artım xoş olmayan mənzərə yarada bilər”, - deyə Q.İbrahimli vurğulayıb.

Gedişhaqlarında artım gözlənilib-gözlənilmədiyi ilə bağlı, AYNA əməkdaşı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədliyə də sual ünvanlayıb. O bildirib ki, qiymət artımı Tarif Şurasının səlahiyyətindədir.

“Məsələnin birbaşa subsidiya ilə bağlı irəli sürülməsi bir az qəribə gəlir. Üstəlik, növbəti il üçün büdcənin təsdiq olunması məsələsindən xəbərsizəm”, - Metropoliten sözçüsü qeyd edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.