AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU

Bu gün, 12:41           
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib.

Belə olan halda təbii ki, müqavilə federasiya tərəfindən pozulduğu üçün qurumun portuqaliyalı mütəxəssisə kompensasiya ödəməsi labüd idi.

Bəs görəsən AFFA Fernandu Santuşa nə qədər pul ödəyib?

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Santuş AFFA-dan 2 milyon avro vəsait tələb edib.

Bu pulu ödəmək istəməyən federasiya rəsmiləri danışıqlardan sonra məbləği aşağı salmağı bacarıblar. Yekunda portuqaliyalı mütəxəssislə 1 milyon 400 min avro qarşılığında anlaşma əldə olunub.

Məhz bundan sonra Santuş yığmadan ayrılmağa qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru