BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı

13-11-2019, 07:40           
BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar Əliyev millət vəkilləri Kamilə Əliyeva və Jalə Əliyevanı debata çağırıb.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb ekspertin Bakı Dövlət Universiteti haqqında yazdıqlarını böhtan adlandırmaları ilə bağlıdır. Etibar Əliyev buna cavab olaraq bildirib:

"Bakı Dövlət Universiteti ilə bağlı tənqidi yazılarıma həmin Universitetin iki professoru, həm də millət vəkilləri cavab verməyə çalışıblar. Kamilə Əliyeva və Jalə Əliyeva. Trollardan sonra deyəsən gender bərabərliyini qorumağa çalışıblar. Mənim bu iki xanıma bir ədəd sualım var. 19 il bir yerdə işlədiyiniz akademik Abel Məhərrəmovu niyə müdafiə etmədiniz? Axı o, sizlərə çox yaxşı olmuşdu.

İkincisi, bu xanımlara bir ədəd də təklifim var: Hər ikinizi istənilən televiziyada və istənilən qəzetdə debata çağırıram. İstəyirsiniz cüt gəlin, istəyirsiniz tək.

Sizdən sualıma və təklifimə cavab gözləyirəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.