Araz Əlizadədən ŞOK SÖZLƏR: Onları bəy yox, həşərat kimi...

22-11-2019, 18:52           
Araz Əlizadədən ŞOK SÖZLƏR: Onları bəy yox, həşərat kimi...
"Sumqayıtın Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür".

Publika.az xəbər verir ki, bu sözləri deputat Araz Əlizadə Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki nitqini dəyərləndirərkən deyib:

"Cənab Prezident düz vurğulayıb. Sumqayıt müasir, böyük sənaye potensialına malik olan və sürətlə inkişaf edən şəhərdir. Sumqayıtda yenidənqurma işləri gedir, yeni texnoparklar yaranır. Ona görə də şəhərin gələcəyi yaxşı və ekoloji cəhətdən təmiz olacaq".

Deputat eyni zamanda 1992-ci illərdə hakimiyyətdə olmuş AXC liderlərinin yarıtmaz siyasətini tənqid edərək bildirib ki, onlar Azərbaycanı dağıdırdılar, məhv edirdilər:

"Mən onları bəy yox, həşərat kimi qəbul edirəm. Cənab prezidentin çıxışı ilə razıyam. Xalq Cəbhəsi yaranan gündən onlara qarşı mübarizə aparmışam. Əgər ümumilli lider Heydər Əliyev gəlib xalqı bəladan qurtarmasaydı, Azərbaycan adlı dövlət məhv olub gedəcəkdi. Bunlar nadan idi. Atalar demişkən, "iki eşşəyin arpasını bölə bilmirlər". Onlara aid edirəm bu atalar sözünü".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.