"Azərbaycan məmurları, nazirləri (istər köhnə, yaşlı nəsil, istər yeni nəsl – fərq etməz) autotreninqlə məşğuldular, elə bilirlər ki, problemləri inkar edərkən onlar öz-özünə yoxa çıxır.

1-07-2020, 00:04           
"Azərbaycan məmurları, nazirləri (istər köhnə, yaşlı nəsil, istər yeni nəsl –
Teref.az xəbər verir ki, Azərbaycan məmurları, nazirləri (istər köhnə, yaşlı nəsil, istər yeni nəsl – fərq etməz) autotreninqlə məşğuldular, elə bilirlər ki, problemləri inkar edərkən onlar öz-özünə yoxa çıxır.

İqtisadiyyat Nazir Mikayıl Cabbarov görün nə deyir, tezislər, sitat şəklində: 1) İqtisadiyyatımızın əsas oyuncularına mənfi təsir minimal səviyyədədir. Çünki son illər ölkədə biznes mühiti yaxşılaşdırılır, iş adamlarının fəaliyyətinə müxtəlif müdaxilələrin azalması müşahidə edilir, 2) Hazırda dövlət büdcəsinə yığılan hər 4 manatın 3 manatı özəl sektorun payına düşür, 3) Çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlıq göstərdi.
Teref.az yazır ki, Natiq Cəfərli məqaləsini davam edərək yazır, hötmətli Mikayıl müəllim, olmazdımı ki, problemləri etiraf edib, onlar haqqında danışıb, çıxış yolları göstərəsiniz?! Niyə axı autotreninqlə məşğul olursunuz?! Siz doğru olmayan fikirlər söyləyəndə onlar avtomatiq həqiqətəmi çevrilir?!
Hətta rəsmi rəqəmlərə görə ÜDM 1,7% azalıb (normal hesablama aparsalar daralma daha çox olmalıdı, çünki elə Mikayıl müəllim özü demişdi ki, karantinin hər günü ölkə iqtisadiyyatına 150 mln. manat ziyan vurur), həm ticarət, həm tədiyyə balansında mənfi saldo yaranıb, dollar satışını azaltmaq üçün camaatdan az qala qan analizi tələb edirlər, xarici şirkətlər davamlı olaraq ölkədən gedir, insanların real gəlirləri azalır, işsizlik baş alıb gedir (hökumətin öz etirafına görə martda cəmi 90 min olan işsizlik, sonra 600 min insana müavinat verilməsi ilə nəticələndi, hələ onminlərlə işsiz də müxtəlif bəhanələrlə qeydiyyata alınmadılar), vətəndaşların alıcılıq qabiliyyəti düşür, 4 bank bağlanır, insanlar o banklardan depozitinə hələ də normal ala bilmir, millət yastığının altına qoyduğu kəfən pulunu da yeyib-bitirmək üzrədir – Siz deyirsiniz ki, iqtisadiyyatımız problemlərə dayanıqlı oldu. Harda oldu ki, biz görmədik?!

Siz hardan bu rəqəmi almısınız ki, büdcəyə yığılan pulun 75%-i özəl sektordandır?! Büdcənin 49%-i Neft Fondundan daxil olur, 15%-ə yaxını neft sektorundan gələn ödənişlərdir, təqribən 10%-də neftdən dolayı asılılıq var – neft pulu hesabına, məsələn, müəllimə maaş verib onun 14%-ni vergi kimi büdcəyə geri alırsınız, ya da, məsələn, neft pulu hesabına körpü tikirsiniz, o tikintini aparan şirkətin vergi öhdəlikləri yaranır, o şirkət neft pulunun bir hissəsini vergi kimi geri qaytarır. Hə, bəlkə demək istəyirsiniz ki, vergilər xətti ilə daxil olan hər 4 manatın 3 manatı qeyri-neft sektorindandır?! Xub, bu da tam elə deyil, amma olsun, sadəcə, Siz artıq Vergilər Naziri deyilsiniz, böyük səlahiyyətli İqtisadiyyat Nazirisiniz, bunu unutmayın və çalışın iqtisadiyyatın şəklinə geniş pəncərədən baxın...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.