"Dəniz kimi sərvət, oksigen qaynağı “ağ adam”lar üçündür - Bakıda məhdudiyyət hamıya aiddir, amma quzey tərəfdəki sahil zolağı pulu olanlara açıqdır"

13-07-2020, 00:02           
 "Dəniz kimi sərvət, oksigen qaynağı “ağ adam”lar üçündür -
FB-da Azərbaycan mənzərəsi:
- COVİD həyatı artıq dözülməz edib. 5 aylıq karantinin nəticəsi yoxdur. Yoluxma sayı 600-lərə gedir;
- 4 milyon insan Bakıda həbsdədir;
- Həyətsiz evlərdə yaşayanların çox ciddi oksigen problemi var. İnsanlar evlərində sudan çıxmış balığa dönüblər;
- Dəniz kimi sərvət, oksigen qaynağı “ağ adam”lar üçündür - Bakıda məhdudiyyət hamıya aiddir, amma quzey tərəfdəki sahil zolağı pulu olanlara açıqdır;
- Dəbdəbəli bağlarında da sıxılan “ağlar”ın məsləhəti ilə hökumət Türkiyəyə hava yolunu açıb. 2 AZAL, 4 THY uçağı həftədə 6 gün onları Türkiyənin cənnət tətil kəndlərinə daşıyır. Çoxları sentyabra qədər orda qalmağı planlaşdırır.
- Alqı-satqı saytlarında qiyməti 500 mindən yuxarı bağların sayı saatbasaat artır. Məmurlar əmlakdan qurtulmaq istəyir, anlaşılan;
- “Rayonlara getmək mümkün deyil” deyilir, amma postu keçən keçir. Onları buraxanlar karantin dönəmində səhlənkarlığa görə məsuliyyət daşımır, amma rayonlarda qarşısında Bakı nömrəli maşınlar görünən ev sahiblərinə 1000-2000 manat cərimə yazılır. Yəni Türkiyədə dincəlmək olar, Şamaxıdakı evinə getmək olmaz;

- Rayonlarda meyvəni mal-heyvana tökürlər çarəsizlikdən, Bakıda meyvə-tətəvəz bazarı “yanır”, çünki Bakıya meyvə gətirmək üçün 7 qapıya pul verməlidi fermer.
- Polis polis olalı belə zülm görməyib. Bu istinin altında, ağır ayaqqabısı diqqət çəkən uniformada küçələrdə sms-siz vətəndaş ovlayırlar;
- Virtual dünyada rusların, ermənilərin və bir qism azərbaycanlıların Aya Sofya ağlaşması hələ dinməyib;
- Keçmiş Nizami İH başçısının varidatından sonra Sabunçu İH başçısının varidatının siyahıya alındığı xəbərləri gəlir.
- Sosial böhran elə dərinləşib ki, artıq insanlar bu cəhənnəm istisində kondinsioner də yandıra bilmirlər. “İşıqçı”lar borca görə elektriki kəssələr çətin olacaq;
- Kür quruyur. Hökumətin Ermənistana SES bağışlaması Muğanı, Aranı Kərbəlaya döndərib;
- Dərman bazarında sui-istifadə mənəvi-ekoloji tarazlığı pozur - söyüş, qarğış “salam”dan çox işlənir;
- Hər kəs çıxış yolu axtarır, amma heç kim evindən çıxa bilmir;
- Hökumətin başı “tibb legionerləri” məsələsinə qarışıb. Kubadan sonra, Rusiyadan həkim-ekspertlər çağırılıb;
- Həyat dözülməzdir. 85 faiz belə yazır. Çünki idarəetmə xalqın güzəranından XƏBƏRSİZDİR!!! Ona görə bütün qərarlar tərs effekt verir.
- Bu gedişlə payızda havasızlıq və depressiyadan xəstəlik, intihar saylarının artacağı gün kimi aydındır.
- Sabah 4 milyonluq həbsxanadakı məhbusların bir hissəsi ağzına qədər dolu avtobuslara minib işə gedəcək. “Çörək dalınca” düşünəcəklər, amma özlərini və yaxınlarını yoluxduracaqlar.
Aygün Muradxanlıшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.