"Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür" - Hikmət Hacıyev

17-10-2020, 07:22           
"Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür" - Hikmət Hacıyev
"Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal xain və qəddarcasına Azərbaycan şəhərlərinin dinc əhalisinə təcavüz etməyə başladılar".

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür", - deyə Hikmət Hacıyev qeyd edib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.