"Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir" - İlham Əliyev

17-10-2020, 11:57           
"Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir" - İlham Əliyev
"Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir"
"Bu günlər ərzində Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub".

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Ermənistanın hərbi texniki potensialını sıradan çıxarmışıq.Bu qədər silah Ermənistanda hardandır. Ermənistan bankrot ölkədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu texnika alınır. Bu vaxta kimi məhv edilmiş texnikanın sayı aşağısı 2 milyard dollar səviyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Həm işğal edilmiş, həm də Ermənistan ərazisində. Sual olunur? Kim onları silahlandırır? Bizə qarşı iradlar olunur ki, biz silahlanırıq, silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır. Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir. Bu suallara cavab istəyirik", - Prezident bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru