Bankların belə güzəştinə nail olmaq üçün əsgər və zabit mütləq həyatını itirməlidir? Bu nə absurd qərardır!

24-10-2020, 20:16           
Bankların belə güzəştinə nail olmaq üçün əsgər və zabit mütləq həyatını itirməlidir? Bu nə absurd qərardır!
Teref.az xəbər verir ki, ADR sədri Qubad İbadoğlu yazır, Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:
1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;
5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.
Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin bu qərarını təqdir edirəm. Amma bununla bağlı bir neçə məqama toxunmaq istərdim.
Teref.az xəbər verir kii, ADR sədri, politoloq Qubad İbadoğlu bunu Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin qəbul etdiyi qərarı şərh edərkən yazıb. Daha sonra Qubad bəy bu məsələyə öz fikirlərini bildirərək yazır:
1. Fikrimcə, güzəşt müharibədə şəhid olanların, müharibəyə görə həyatını itirən mülki şəxslərin yalnız istehlak kreditlərinə deyil, bütün növ kreditlərinə şamil olunmaldır.
2. Belə güzəşt yaralanlara, əlil olanlara və hazırda ön cəhbədə döyüşənlər üçün də nəzərdə tutulmalıdır. Çünki, yaralanlara kreditlərinə ödənilməsinə möhlət verilməsi müharibə bitəndən sonra öhdəliklərinin dəyişməyəcək. Şəhidlərə gəlincə, onsuz da hərbiçilərin həyat sığortası vardır.
Çünki, yanaşma məntiqli deyil, yaralanan, əlil olanlar kreditlərini necə və nəylə ödəməlidirlər? Bankların belə güzəştinə nail olmaq üçün əsgər və zabit mütləq həyatını itirməlidir? Bu nə absurd qərardır!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.