Qarabağ belə idarə ediləcək - YENİ ÜSUL

31-10-2020, 09:14           
Qarabağ belə idarə ediləcək - YENİ ÜSUL
İşğaldan azad edilmiş ərazilərin idarə edilməsi üçün hərbi komendantın təyin edilməsi vacibdir. Hərbi komendant birbaşa Ali Baş Komandana tabe olacaq.

Bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalaması barədə danışarkən deyib.

O bildirib ki, ölkədə müharibə şəraiti var və həmin rayonlarda döyüşlər gedir:

“Təbii ki, oranın idarə edilməsi adi qaydada həyata keçirilə bilməz. Kiçik bir misal deyim, orada xeyli minalanmış ərazi var. Hər kəsi oraya qoymaq olmaz, yəni orada hərəkət məhdudlaşdırılmalıdır.

İkinci tərəfdən, orada evlər qarətdən qorunmalıdır.

Üçüncüsü, orada qalan ermənilər var, amma sıradan insanlarımız onların arasında casus, təxribatçının olduğunu bilməyəcəklər. Orada əlavə silah varmı, gizlədiblərmi və s. çoxsaylı məsələlər mövcuddur. Ərazilərimiz tam azad olunduqdan sonra da bir müddət həmin yerdə hərbi vəziyyət olmalıdır”.

Hüquqşünas bildirib ki, oranın idarə olunması hərbi vəziyyət haqqında qanunla tənzimlənəcək:

“Əsas səlahiyyət hərbi komendantda olacaq. Hərbi komendant Müdafiə Nazirliyinin, yaxud da Daxili İşlər Nazirliyinin rəsmisi ola bilər. Qanunda göstərilən tədbirlər orada həyata keçirilə bilər. Buraya hərəkətə məhdudiyyəti, evlərdə axtarışların edilməsi, avtomobillərin axtarılması, senzuranın tətbiq olunması və s. kimi şeylər hərbi komendanta verilən səlahiyyətlə icra olunacaq. Komendant isə birbaşa Ali Baş Komandana tabe olacaq”. (Axar.az)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.