Deputatın bulvarda müsahibəsinə icazə verilməyib: Əcaib qadağa

26-03-2023, 08:24           
Deputatın bulvarda müsahibəsinə icazə verilməyib:
"Bu gün Ağ şəhər bulvarında video müsahibə verirdim. Jurnalist zəng elədi, mən də hotelin önündə idim. Dedim ki, bulvara gəl. Müsahibə zamanı bulvar işçiləri gəlib dayandırdı. Özümü təqdim elədim, tanıdıqlarını, hörmət etdiklərini dedilər. Bulvar idarəsi rəhbərliyinə zəng etdilər, 10-15 dəqiqə gözlədim".

Cebhe.info xəbər verir ki, bunu deputat Razı Nurullayev deyib. O bildirib ki, müsahibəni çəkilib bərbad görkəmli yerdə verməli olub:

"Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub.

Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bulvarda müsahibə verə bilməz?

Sonra da deyirsiniz ki, bizi tənqid edirlər. Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar. Mili Məclisdə təmsil olunan deputat xalqın, ölkənin, dövlətin düşməni ola bilərmi? Bunun üçün əsas veribmi?

Məgər biz hər gün dövlətçilik, ölkəmiz və xalqımız üçün canımızı sipər etmirikmi? Bu, nə münasibətdir? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım".

Deputat bildirib ki, Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözləyir.

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.