Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 215 ölü, 400 yaralı VİDEO

22-04-2019, 00:00           
Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 215 ölü, 400 yaralı  VİDEO
Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində 215 nəfər həlak olub. Daha əvvəl 207 nəfərin öldüyü, 407 nəfərin yaralandığı bildirilirdi.

Bildirilir ki, ölənlər arasında azı 8 xarici ölkənin vətəndaşları olub.

Qeyd edək ki, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.