Rektor yenə təəccübləndirdi: bufetdə, qırıq stulda... - Foto

26-04-2019, 08:24           
Rektor yenə təəccübləndirdi: bufetdə, qırıq stulda... - Foto
Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev daha bir addımı ilə tələbələrini təəccübləndirib.

Kult.az xəbər verir ki, tələbələri sosial şəbəkə hesabında rektorun bugünkü addımından yazıblar.

“Rektor yenə bufetdə idi. Növbəyə dayandı, çay aldı. Sonra gəlib oturdu, qırıq-salxaq olsa da, sevimli qırmızı stullarımızın birində. Qıraqdan baxdığım üçün nə danışdıqlarını bilmədim, amma orda oturan uşaqları bir-bir dinlədiyini gördüm. Fürsət edib bu şəkli çəkdim”, - tələbələrdən biri qeyd edib.

Onun sözlərinə görə, rektor ayağa qalxandan sonra ona yaxınlaşanlarla söhbət eləyib:

“Əyilib yerdən zibil də götürdü...”

Qeyd edək ki, E.Babayev tələbələrlə səmimi münasibəti və sadəliyi ilə tez-tez gündəmə gəlir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.