FİLM KİMİ HEKAYƏ! - Həbsxanaya düşmək üçün bank soydu: “Daldalanacaq axtarırdım”

20-06-2019, 07:00           
FİLM KİMİ HEKAYƏ! - Həbsxanaya düşmək üçün bank soydu: “Daldalanacaq axtarırdım”
Paketə bükülü bananı bank əməkdaşına tuşlayaraq: “Bu, bir soyğundur”, - dedi...

Hurriyyet.org xəbər verir ki, İngiltərədə evindən çıxarılan bir adam həbsxanaya düşə bilmək üçün əlində banan ilə bank soymağa cəhd eib. Saxta silah gəzdirdiyinə görə, təqsirləndirilən şəxsə 14 aylıq həbs cəzası verilib.

Lourens Ceyms Vonderdell adlı adam martın 25-də Bornmut şəhərindəki “Barslayns” bank şöbəsinə gedib, bank əməkdaşına paketə bükülmüş bananı tuşlayaraq: “Bu bir soyğundur”, - deyib. Bank işçisi Vonderdellə 1200 funt sterlinq pul verib.

Soyğundan sonra polisə təslim oldu: “Həbs edilmək istəyirəm”

Məhkəmə sənədlərində bildirilir ki, Vonderdell soyğundan sonra küçədə bir polis məmurunun yanına gedərək deyib: “Silahla bank soydum. Həbs edilmək istəyirəm”.

“Daldalana biləcəyim yer tapmaq üçün bunu etdim”

Polis məmuru Vonderdellə polis məntəqəsinə getməyi məsləhət görüb. Piyada 3 km yol gedərək məntəqəyə çatan Vonderdell, pulu əskiksiz şəkildə polisə təslim edərək deyib: “Məqsədim kimisə incitmək olmayıb. Sadəcə daldalanacaq bir yer tapmaq üçün bunu etdim”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.