Nigeriyada 37 nəfər silahlılar tərəfindən qətlə yetirilib

22-07-2019, 07:08           
Nigeriyada 37 nəfər silahlılar tərəfindən qətlə yetirilib
Nigeriyanın şimal-qərbində yerləşən bir neçə yaşayış məntəqəsinə naməlum silahlı qrup tərəfindən edilən hücum nəticəsində azı 37 nəfər qətlə yetirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, hücuma Sokoto ştatı ərazisindəki azı üç kənd məruz qalıb. Hücum edənlər dinc sakinlərə atəş açıblar, həmçinin yerli bazarı yandırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.