APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə bıçaqlanaraq öldürülüb. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.
M.Əliyev şəhərdə fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrindən birində işləyib.