Təyyarədə dəhşətli anlar - "Bədənimdə bomba var"

13-01-2020, 00:00           
Təyyarədə dəhşətli anlar - "Bədənimdə bomba var"
Kəlküttədən qalxdıqdan 40 dəqiqə sonra 25 yaşlı Mohini Mondol ekipaj üzvlərindən birinə məktub verərək onu pilota çatdırmasını xahiş edib

Kəlküttədən Mumbaya uçan "AirAsia"ya məxsus təyyarə partlama təhlükəsi səbəbindən uçduğu aeroporta geri dönməli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Hindustan Times" qəzeti yazıb.

Hadisə şənbə günü gecə saatlarına yaxın olub. Kəlküttədən qalxdıqdan 40 dəqiqə sonra 25 yaşlı Mohini Mondol ekipaj üzvlərindən birinə məktub verərək onu pilota çatdırmasını xahiş edib. Qız bildirib ki, bədəninə bomba bərkidilib və o, istənilən an təyyarəni partlada bilər.

Pilot dispetçerlərə hadisə barədə məlumat verərək bildirib ki, geri dönür. Kəlküttə aeroportundan tezliklə xəbər veriblər ki, yüksək hazırlıq səviyyəsindədirlər. Hava llimanına enən təyyarəni təcrid edilmiş dayanacağa çəkiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.