Son dəqiqə- TƏBİB-in məlumatı

5-08-2020, 22:42           
Son dəqiqə- TƏBİB-in məlumatı
Azərbaycanda koronavirusla bağlı 5 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Teref.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7883 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 759 min 129-a çatıb.

Reanimasiyada olan xəstə sayı 255, süni tənəffüs cihazında olan xəstə sayı 51 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 28 min 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib. Aktiv xəstə sayı 3787 nəfərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.