"Barselona" növbəti qələbəsini qazanıb

18-03-2019, 07:32           
"Barselona" növbəti qələbəsini qazanıb
İspaniya La Liqasında XXVIII turun son matçları keçirilib. ONA-nın məlumatına görə, turun üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

Tur Barselonanın iki klubunun Sevilya təmsilçiləri ilə görüşləri ilə diqqət çəkib. Hər iki qarşılaşmada qonaqlar qələbə qazanıblar.

Çempionatın lideri “Barselona” “Betis”i məğlubiyyətə uğradıb. Lionel Messi 4:1 hesablı qələbəyə het-triklə töhfə verib. “Sevilya” isə “Espanyol”la görüşdə bir qolla qələbə qazanıb.
Avrokuboklar uğrunda mübarizə aparan “Xetafe” Valensiya səfərindən xalla dönüb. Bu, “yarasalar”ın mövsümdə 16-cı heç-heçəsi olub.

İspaniya La Liqası
XXVIII tur
17 mart

“Eybar” – “Valyadolid” – 1:2
Orelyana, 54 – Verde, 90+1 (pen.), Qvardiola, 90+2
“Espanyol” – “Sevilya” – 0:1
Ben Yedder, 53 (pen.)
“Valensiya” – “Xetafe” – 0:0
“Vilyarreal” – “Rayo Valyekano” – 3:1
Ekambi, 50, 52, Moreno, 90 – Suares, 20
“Betis” – “Barselona” – 1:4
Moron, 82 - Messi, 18, 45, 84, Suares, 63












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.