Avropa Liqası: "Neftçi" səfərdə qələbə qazandı,"Səbail" - "Universitatya"ya uduzdu

12-07-2019, 07:38           
Avropa Liqası: "Neftçi" səfərdə qələbə qazandı,"Səbail" - "Universitatya"ya uduzdu
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir.

Strateq.az xəbər verir ki, Bakının “Neftçi” klubu Moldovanın “Sperantsa” furbol klubunun qonağı olub.

Oyun komandamızın qələbəsi ilə yekunlaşıb – 0:3.

Qolları E.Mahmudov (16-cı dəqiqə), S.Jozef-Monroz (36-cı dəqiqə) və R.Hacıyev (76-cı dəqiqə) vurublar.

Qeyd edək ki, cavab qarşılaşması iyunun 18-i Bakıda keçiriləcək.
------------------------
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın “Universitatya” komandası ilə qarşılaşan “Səbail” uduzub.

Oyunda hesabı 13-cü dəqiqədə qonaqlar açıb – 0:1.

Bundan 20 dəqiqə sonra komandamız hesaba tarazlıq gətirib – 1:1.

Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar. Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib.

Hesab bu nəticə ilə bitib – 2:3.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaqшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.