Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir

11-09-2019, 07:37           
Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir
Amerikalı idmançı Dastin Porye UFC-nin yüngül çəkidə sabiq çempionu Konor Makqreqorla qisas döyüşü keçirmək istəyir.

"Report" xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində bildirib.

"Düşünürəm, indi mənimlə Konor arasında qisas döyüşü məna daşıyır", - deyə Porye "Twitter"də yazıb.

Xatırladaq, döyüşçülər 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Döyüşdə Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə Porye Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətlə UFC-nin müvəqqəti çempion titulundan məhrum olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru