Xərçəngə qalib gələn xanım üzgüçü fasiləsiz 54 saat üzdü - FOTO

18-09-2019, 08:10           
Xərçəngə qalib gələn xanım üzgüçü fasiləsiz 54 saat üzdü - FOTO
Amerikalı üzgüçü, 37 yaşlı Sara Tomas La-Manş boğazını dörd dəfə fasiləsiz olaraq üzüb keçən ilk insan kimi tarixə düşüb.

Publika.az BBC-yə istinadla xəbər verir ki, sentyabrın 15-də səhər saatlarında Fransadan üzməyə başlayan idmançı dayanmadan 54 saat üzərək İngiltərənin Dover limanına çatıb. O, sol ayağında qıcolma hiss etsə də məsafəni uğurla başa çatdırıb.

Sahilə çıxan üzgüçü BBC-yə açıqlamasında deyib: “Çox yoruldum. Bunu bacardığıma inana bilmirəm”.

Sara Tomas bu qələbəsini xərçəng xəstəliyindən əziyyət çəkən və ona qalib gələn insanlara həsr etdiyini deyib. Amerikalı marafon üzgüçüsünə 2017-ci ildə xərçəng diaqnozu qoyulub. O, bir il davam edən müalicədən sonra bu xəstəliyə qalib gəlib. Sara Tomas bundan əvvəl 2007-ci, 2012-ci və 2016-cı illərdə La-Manş boğazını üzərək keçib.

Fransa ilə Böyük Britaniyanı ayıran La-Manş boğazı Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu 558 kilometr olan boğazın eni 33,3 kilometrdən 240 kilometrədək dəyişir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru