Həbib Nurməhəmmədov karyerasını tezliklə bitirəcəyinə işarə edib

4-11-2019, 09:30           
Həbib Nurməhəmmədov karyerasını tezliklə bitirəcəyinə işarə edib
MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov tezliklə kariyerasına son qoyacağı barədə danışıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rusiyalı idmançı bu barədə instaqram hesabında yazıb.

“Daima döyüşmək alınmır, hər oyunun bir sonu var. Sadəcə, özüm özümə cavab verirəm ki, belə daha yaxşıdır”. ”deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı idmançı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.