AVRO-2020: 20 komanda püşkü gözləyir - SƏBƏTLƏR

20-11-2019, 08:34           
AVRO-2020: 20 komanda püşkü gözləyir - SƏBƏTLƏR
AVRO-2020-nin seçmə mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, final mərhələsinə buradan gedən 20 komandanın tam siyahısı dəqiqləşib.

Bu üzdən artıq yığmaların püşkatmadakı səbətləri də bəllidir. Komandalar qrupda göstərdikləri nəticələrə əsasən səbətlərə ayrılıb.

Noyabrın 30-da baş tutacaq püşkatmada 20 yığma və pley-off mərhələsinin 4 qalibi iştirak edəcək. Sonuncuların hamısı IV səbətə daxil edilib.

Lakin meydan sahibi olan iştirakçıların qrupları da bəllidir. Bu, hətta bəzi rəqiblərin də müəyyənləşməsi üçün yetərli olub.

Rusiya və Danimarka B qrupunda yer alacaqlar. İngiltərə və İspaniyanın qrupundakı komandalar isə play-offdan gələcək.

Ukrayna Rusiya ilə eyni qrupa düşə bilməz. I səbətin 4 komandası ev sahibi olduğundan onların hansı qrupda olacağı öncədən bəllidir. B qrupuna mütləq şəkildə Belçika düşür. Bir sözlə, Danimarka, Belçika və Rusiya artıq eyni qrupdadır. Ukrayna isə A, D, E, F qruplarının meydan sahiblərindən biri ilə eyni səbətdə yer aldığından və B qrupunda Rusiya olduğundan avtomatik C qrupuna düşür. Onların burada rəqibi Hollandiya olacaq.

I səbət
Belçika
İtaliya (A qrupu)
İngiltərə (D qrupu)
Almaniya (F qrupu)
İspaniya (E qrupu)
Ukrayna

II səbət
Fransa
Polşa
İsveçrə
Xorvatiya
Hollandiya (C qrupu)
Rusiya (B qrupu)

III səbət
Portuqaliya
Türkiyə
Danimarka (B qrupu)
Avstriya
İsveç
Çexiya

IV səbət
Uels
Finlandiya
A yolunda pley-offun qalibi
B yolunda pley-offun qalibi (E qrupu)
C yolunda pley-offun qalibi (D qrupu)
D yolunda pley-offun qalibi

Qeyd edək ki, püşkatma Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.