Ronaldo “Çelsi”yə keçə bilər

17-06-2020, 08:40           
Ronaldo “Çelsi”yə keçə bilər
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo London “Çelsi”sinə keçə bilər. “Qafqazinfo” bildirir ki, bu barədə “Marca” xəbər verib.

Nəşrin məlumatına görə, İngiltərə klubu portuqaliyalı forvarda 120 milyon avro təklif edə bilər.

Onun 2018-ci ilin yayında "Mançester Yunayted"dən "Yuventus"a transferi 117 milyon avroya başa gəlmişdi.

İtaliya çempionatının cari mövsümündə Ronaldo 22 matçda iştirak edib. Onun hesabında 21 qol və 3 məhsuldar ötürmə var. Futbolçunun “Yuventus”la müqaviləsi 2022-ci ilədəkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.