FİFA-nın sabiq maliyyə direktoru 10 il müddətinə futboldan uzaqlaşdırılıb

1-07-2020, 00:09           
FİFA-nın sabiq maliyyə direktoru 10 il müddətinə futboldan uzaqlaşdırılıb
FİFA-nın sabiq maliyyə direktoru Markus Kattner futboldan uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, FİFA İntizam Komitəsi almaniyalı funksioneri 10 il müddətinə futbol fəaliyyətindən məhrum edib.

O, şəxsi mənfəətə görə qanun pozuntularına yol verməkdə günahlandırılıb. 50 yaşlı biznes məsləhətçisi həmçinin 1 milyon İsveçrə frankı cərimələnib. Kattner ali futbol qurumunun sabiq prezidenti Yozef Blatterin dönəmində baş katib vəzifəsində çalışmış Jerom Valke ilə birlikdə təxminən 80 milyon dollarlıq mükafat müqaviləsi bağlayıb və bu üzdən 2016-cı ildə FİFA-nın yeni rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Qeyd edək ki, 2003-2015-ci illərdə FİFA-da maliyyə direktoru olan Markus Kattner daha bir il baş katib vəzifəsini icra edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru