Messi "Barselona" klubunu tərk etmək niyyətindədir

3-07-2020, 09:25           
Messi "Barselona" klubunu tərk etmək niyyətindədir
Lionel Messi "Barselona" ilə yeni müqaviləyə dair danışıqları dayandırıb.

Trend-in məlumatına görə, ispan komandasının kapitanı 2021-ci ildə klubu tərk etmək niyyətindədir.

Bildirilir ki, 33 yaşlı argentinalı komanda daxili qarşıdurmaların təşəbbüskarı olduğu barədə mediada yayılan məlumatlardan məyus olduğundan "Barselona" ilə 2021-ci ildə sona çatan müqaviləni yeniləmək barədə danışıqları dayandırıb.

Futbolçu klub uğrunda ilk dəfə 2004-cü ildə çıxış edib. İyunun 30-da L.Messi komandanın "Atletiko" ilə matçında karyerasındakı 700-cü qolunu vurub (630 qol "Barselona"da, 70 qol Argentina yığması uğrunda)

2019-cu ilin dekabrında oyunçu "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb. Ümumiliktə L.Messinin arxivində 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə aldığı altı belə mükafat var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru